“Naxçıvanbank” ASC-nin baş ofis və filial əməkdaşları Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən keçirilən “Daşınmaz Əmlakın Peşəkar Qiymətləndirmə kursu”nda iştirak etmiş, müvafiq imtahanları uğurla keçərək bu sahədə beynəlxalq dərəcədə tanınan sertifikatla təltif olunmuşdur.
Qeyd etmək lazımdır ki, “Peşəkar Qiymətləndirmə kursu” üzrə keçirilən təlim proqramı bank və kredit təşkilatlarında əmlakın bazar qiymətlərinin hesablanması, arayışların və ya hesabatın verilməsini əhatə edir.
“Naxçıvanbank” yarandığı gündən etibarən stratejik dəyərlərinə uyğun ən əhəmiyyətli aktivi insan resursları hesab edir. Yüksək ixtisaslı və motivasiyalı işçiləri ilə müştərilərə müasir və səmərəli xidmət göstərmək və bankı mövcud və gələcək risklərdən qorumaq son dərəcə vacibdir. Bu müstəvidə, işçi təlimləri həmişə “Naxçıvanbank”-ın ən əhəmiyyətli gündəm maddəsini təşkil edir və edəcəkdir. Sürətlə dəyişən ətraf mühitə və müştərilərin və dövrün tələblərinə uyğun olaraq, “Naxçıvanbank” öz əməkdaşlarını bütün səviyyələrdə daxili və kənar təlim proqramlarına göndərməkdədir. Yaxın gələcəkdə, uğurlarımızın yenidən şahidi olacaqsınız!
Profesional komandamızla müştərilərimizə xidmət göstərməkdən qürur duyuruq!