Xəbərlər

BANK HAQQINDA

"Bankçılıqda ilk addım - Sığortanın mahiyyəti" təlimi

10.03.2021

Gənclər arasında maliyyə savadlılığının artırılması, eləcə də gələcək kariyerasını bank və sığorta sektorunda qurmağı arzulayan gənclərə dəstək olmaq məqsədilə Naxçıvanbank və Naxçıvansığorta ASC 03.03.2021 tarixində Naxçıvan Dövlət Universitetində, 04.03.2021 tarixində Naxçıvan Universitetində "Bankçılıqda ilk addım və Sığortanın mahiyyəti" mövzusunda müsabiqə xarakterli təlimlər keçirmişdir. İki hissədən ibarət təlimin ilk hissəsində Naxçıvanbank və Naxçıvansığortanın peşəkar əməkdaşları tərəfindən bank və sığorta sistemi ilə ilkin tanışlıq, bank sektorunda mövcud vəziyyət - rəqəmsallaşma, elektron bankçılıq, kreditin mahiyyəti, müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti, bank sektorunda marketinq işinin təşkili və Naxçıvanbank və Naxçıvansığorta ASC-nin fəaliyyəti kimi müxtəlif mövzular ətrafında məruzələr edilmişdir. 

Müzakirə xarakterli təlimin ikinci hissəsində isə tələbələrin diqqətini, məntiq və analiz qabiliyyətini, hazırcavablılığını və aktivliyini dəyərləndirmək məqsədilə əməkdaşlarımız tərəfindən məruzə edilən mövzular əsasında tələbələrə suallar ünvanlanmış, verilmiş sualları dəqiq və düzgün cavablandıran tələbələr tədbirin sonunda mükafatlandırılmış və yay ayları ərzində 15 gün Naxçıvanbank ASC-nin, 15 gün isə Naxçıvansığorta ASC-nin müxtəlif şöbələrində istehsalat təcrübəsi keçmək şansı əldə etmişdir. 

Tədbirin maraqlı məqamları ilə linkə daxil olaraq video-çarxdan tanış ola bilərsiniz. Xoş izləmələr ! 


Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.