Bankla tanışlıq
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. Bankın baş ofisi Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 ünvanında yerləşir.
Bank 29 avqust 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzvüdür və fondun qaydalarına uyğun olaraq müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 10 Oktyabr 2008-ci il tarixində Bakı Banklararası Valyuta Birjasında (BBVB) fəaliyyət göstərən Birja Elektron Ticarət Sisteminin (BEST) informasiya terminalına qoşulub.
Bank 2010-cu ildən milli ödəniş sistemi olan “AZİPS”-in və 2011-ci ildən Beynəlxal Banklararası Ödəniş Sistemi olan SWIFT-in üzvüdür.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2012-ci ildən “MasterCard” beynəlxalq ödəniş sisteminin və 2015-ci ildən “VİSA” beynəlxalq ödəniş sisteminin “Affiliate” üzvüdür.
Bank 2013-cü ildə "MONEX", 2017-ci ildə "UPT" və 2018-ci ildə isə "Western Union" sürətli pul köçürmə sistemlərinə qoşulub.
Strateji baxışımız
Strateji baxışımız - Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda aparıcı maliyyə xidmətləri institutuna çevrilmək.
"Naxçıvanbank" ASC özünün hər bir müştərisinə individual olaraq “biznes tərəfdaşı” kimi münasibət bəsləyir və hər bir kiçik və orta sahibkarın etibarlı dəstəkçisi olmaq iddiasındadır. Bunun üçün bank yeni texnologiyalarla tam təmin olunmuş peşəkar işçi heyətinə və kapitala sahibdir. Bank ilk növbədə özünün «ən dəyərli aktivi» olan insan resurslarını yəni bankın peşəkar işçi heyətinin daim qayğısına qalır və mütəmadi olaraq onların səriştəsinin daha da artırılmasına çalışır.
Ən yeni texnologiyalarla tam təmin olunmuş peşəkar personal müştərilərə yüksək keyfiyyətli xidmət göstərməyə daim hazırdır.
Missiya bəyannaməsi
İnvestorlara münasibətdə – Bank səhmdarlarına onların investisiyalarının dəyərinin daimi artımını və maraqlarının qorunmasını təmin edən bank olmasını bəyan edir.
İşçiyə münasibətdə – İnsan resursları «ən dəyərli aktiv» olduğu üçün onlara qayğı göstərilməsini, işçilərin ədalətli qiymətləndirilməsi və motivasiya edilməsini, stabil və peşəkar komanda yaratmağı, insan resurslarının idarə edilməsinin təkmil sisteminin qurulmasını, Bankın insan resurslarını strateji məqsədlərə çatmağa səfərbər etməyə stimullaşdırılmasını insan resurslarının idarə edilməsi sahəsində özünün əsas missiyası hesab edir.
Müştəriyə münasibətdə – Bank, bank xidmətlərinin mütərəqqi standartlarını qurmağı, bazara yeni keyfiyyətdə bankın daxil olmasının hiss edilməsi və bu bankın xidmətlərindən istifadəyə üstünlük verilməsi üçün rəqiblərlə müqayisədə biznes tərəfdaşı olan kiçik və orta müəssisələrə həm xidmətin keyfiyyəti, məhsulların çeşidliliyi, hər bir müştəriyə fərqli və fərdi yanaşmaqla, müasir bank texnologiyalarından istifadə etməklə, müştərilərinin ehtiyacını tam ödəməyi və onlara operativ surətdə xidmət göstərməyi vəd edir.
Bankın Missiyası qısa formada aşağıdakı kimi tərtib olunur:
«Naxçıvanbank» ASC-nin missiyası yüksək peşəkar komanda ilə biznes tərəfdaşı olan əhali, kiçik və orta müəssisələrə bütün növ maliyyə xidmətlərinə olan ehtiyacını təmin etməklə yanaşı onların yaxın maliyyə məsləhətçisi olmaqdan ibarətdir. |
Bankın sloqanı: “Birlikdə yüksələk”
Strateji hədəflərimiz
Dəyərlərimiz
Şəffaflıq və dürüstlük – Sahibkarların etibarlı maliyyə dəstəkçisi olmaq iddiasında olan Naxçıvanbank fəaliyyətinin ilk günündən öz işini dürüst və şəffaf qurmağın əhəmiyyətini tam dərk etmiş və bunu özünün əsas prinsipinə çevirmişdir.
Məxfilik – Hər bir müştərinin bank sirrini təşkil edən məlumatlarının qorunması üçün yüksək səviyyədə qurulmuş informasiya texnologiyaları sistemi və təcrübəli mütəxəssislərin 7/24 müşahidəsinin təmin edilməsi prioritetlərimizdən biridir.
Peşəkar səriştə və keyfiyyət – 14 illik peşəkar bankçılıq təcrübəmiz, qazandığımız müştəri etimadı və yüksək peşəkarlığa malik personal keyfiyyətli xidmətimizin qarantıdır.
Texniki standartlar - İnformasiya texnologiyası bank işinin həyata keçrilməsində həlledici və çox əhəmiyyətli rol oynayır. "Naxçıvanbank" ASC xidmət keyfiyyəti daima yüksək səviyyədə saxlamaq məqsədi ilə, informasiya texnologiyaları sahəsində olan bütün inovasiyaları daim tətbiq edir.
Bankın missiyası - “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin missiyası əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə universal bank və maliyyə xidmətləri göstərmək, habelə onların yaxın maliyyə məsləhətçisi olmaqdan ibarətdir.
Risklərin idarə edilməsi - “Naxçıvanbank” ASC-də risklərin idarə edilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda korporativ idarəetmə standartları”na, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydaları”na, risklərin idarə edilməsi üzrə Bazel Komitəsinin tövsiyələrinə və qabaqcıl təcrübələrə, habelə Bankın Risk strategiyasına uyğun həyata keçirilir.
Siyasətin əsas məqsədi Bankın risk iştahasına uyğun olaraq, risklərin idarə edilməsi işinin təşkili və səlahiyyət bölgüsünü, habelə Bankın fəaliyyət növləri, biznes prosesləri və informasiya sistemləri üzrə risklərin idarə edilməsi prosesini müəyyən etməkdir.
Bankın kənar auditoru – Baker Tilly Azerbaijan
Bankın tam adı | “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti |
Yaranma tarixi | 11 sentyabr 2008-ci il |
Baş ofisin ünvanı | Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 |
“Bakı” filialının ünvanı | Bakı şəhəri, Xətai rayonu, Nobel pr., 36. Ağ şəhər, Fəvvarələr küç.,1. |
“Naxçıvan” filialının ünvanı | Naxçıvan MR, Naxçıvan şəhəri, İstiqlal küçəsi, 87 |
“Şərur” filialının ünvanı | Naxçıvan MR, Şərur şəhəri, Mirzə Ələkbər Sabir küçəsi, 30. |
“Culfa” filialının ünvanı | Naxçıvan MR, Culfa şəhəri, Təbriz küçəsi, 4/23A |
“Ordubad” filialının ünvanı | Naxçıvan MR, Ordubad şəhəri, M.Ağa küçəsi, 2 |
“Şahbuz rayon” filialının ünvanı | Naxçıvan MR, Şahbuz şəhəri, H.Əliyev prospekti, 19. |
“01 saylı” mübadilə şöbəsinin ünvanı | Naxçıvan MR, Naxçıvan şəhəri, Təbriz küç., 6. |
“Kəngərli rayon” filialının ünvanı | Naxçıvan MR, Kəngərli rayon, Qıvraq qəsəbəsi. |
“Bakı” şöbəsinin ünvanı | Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28K. |
“1 saylı Bakı” mübadilə şöbəsi ünvanı | Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 173. |
VÖEN | 0200432771 |
Bankın kodu | 505152 |
Azərbaycan Respublikası Mərkəzi Bankında müxbir hesab | M/h: AZ18NABZ01350100000000090944 (АZN) |
SWIFT kodu | NAXBAZ22 |
İşçilərin sayı | 180 |
Bankomatların sayı | 51 |
Ödəmə terminallarının sayı | 99 |
POS-terminalların sayı | 1096 |