CARİ HESABIN AÇILMASI
“Naxçıvanbank” ASC-də fiziki şəxslər üçün Azərbaycan manatı və xarici valyutada cari hesabların açılması mümkündür. Cari hesabların açılması üçün fiziki şəxslərdən aşağıdakı sənədlər tələb olunur:
● Hesabın açılması üçün Ərizə (bankda yazılır).
● Bank hesabın açılması üçün Müqavilə (bank tərəfindən təqdim olunur).
● Şəxsiyyəti təsdiq edən sənəd.
● İmza nümunəsi vərəqəsi (bank tərəfindən təqdim olunur).
● Hesabların açılması və onlar üzrə aparılmış əməliyyatlara görə xidmət haqqı bankın tariflərinə uyğun olaraq tutulur.
İmkanlar:
● Hesabınız manat və xarici valyutada açıla bilər.
● Bankın istənilən filialından hesaba nağd pul qoya bilərsiniz.
● Hesabdan nağd pul əldə edə bilərsiniz (yalnız hesab açdığınız filialdan).
● Hesabdan ölkədaxili və ya ölkə xaricinə köçürmələr edə bilərsiniz.
● Xaricdən və ya ölkənin istənilən nöqtəsindən hesaba köçürmələr qəbul edə bilərsiniz.