Xəbərlər

BANK HAQQINDA

Caspian Energy Club və sahibkarlar ilə görüş keçirildi!

18.05.2022

13 may tarixində “Naxçıvanbank” ASC-nin təşkilatçılığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkət nümayəndəsinin və “Caspian Energy Club”un iştirakı ilə Biznes Mərkəzində “Sahibkarlarla görüş” tədbiri baş tutub.

Tədbiri “Naxçıvanbank” ASC-nin Müşahidə şurasının sədri Əsədulla İsgəndərov giriş sözü ilə açaraq görüşün məqsədi barədə məlumat verib. Daha sonra “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev çıxış edərək şirkətin mövqeyi barədə məlumat verib, həmçinin Naxçıvanda biznes potensialı və imkanlarını sahibkarların diqqətinə çatdırıb.

Görüşdə, o cümlədən, Azərbaycanın digər regionlarından gələn sahibkarlar və Naxçıvanın bir sıra sahibkarlıq subyektlərinin nümayəndələri təmsil etdikləri şirkətlər barədə də təqdimat edib və öz biznes təcrübələrini paylaşıblar. Daha sonra qonaqlar Biznes Mərkəzində yerləşdirilən şirkətlərin stendləri və məhsulları ilə tanış olmuş və yerli sahibkarlarla əməkdaşlığın inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Sonda qonaqlara Naxçıvanbank ASC tərəfindən müxtəlif hədiyyələr təqdim edilmiş və görüş başa çatmışdır.

Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 07.10.2022
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6990
  • 1.6990
  • 1.7025
  • 1.7025
  • EUR
  • 1.6484
  • 1.6414
  • 1.6984
  • 1.6966
  • GBP
  • 1.8576
  • 1.8557
  • 1.9278
  • 1.9228
  • RUB
  • 0.0216
  • 0.0215
  • 0.0314
  • 0.0313
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.