Daxili İpoteka Krediti

FƏRDİ BANKÇILIQ / Kreditlər

Daxili İpoteka Kreditinin Şərtləri

Maksimal məbləğ:50.000 AZN
Maksimal müddət:10 il
İllik faiz dərəcəsi:8%
İlkin ödəniş:15% - 20% 


 Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilir.

Kreditin təminatı: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışı olan mənzil və ya fərdi yaşayış evi alındıqda həmin mənzil və ya fərdi yaşayış evi ipoteka qoyulur.

Sığorta: Girov olaraq təqdim olunan daşınmaz əmlak əmlak sığortası növü üzrə, borcalan və birgə borcalan isə həyat sığortası üzrə sığortalanırlar. Sığorta ayrılan kreditin qalıq məbləğinə əsasən həyata keçirilir.

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:

Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti

Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti)

Borcalanın (birgə borcalanın) ailə tərkibi haqqında arayış

Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.

Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.)

İpoteka predmentinin qiymətləndirmə aktı

İpoteka kreditinin alınması üçün anket

Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti

Yaşayış sahəsinin satıcısının (hüquqi şəxslər üçün) müvadiq qeydiyyat sənədlərinin surəti

İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda)

Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin

İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

İlkin ödənişi təsdiq edən sənədlər

İpoteka qoyulan mənzil və ya fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).

İpoteka predmentinin digər öhdəliklər üzrə yüklü edilməməsini və onun üzərində məhdudiyyət olmadığını təsdiq edən sənəd (FORMA № 01)

İpoteka qoyulan mənzil və ya fərdi yaşayış evi üzrə qeydiyyatda olan şəxslər haqqında arayış (FORMA № 02)

İpoteka predmentinin ipotekaya qoyulmasına, məhkəmədən kənar qaydada satılmasına və tutma yönəldiyi təqdirdə tərk edilməsinə dair ərin/arvadın, ipoteka predmentində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış şəxslərin notariat orqanında təsdiq edilmiş razılıq ərizəsinin surəti

İpoteka predmentinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış olduqda, onun maraqları çərçivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti

İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

Alınan mənzil və ya yaşayış evinin alqı-satqı və ipoteka müqaviləsinin əsli

Çıxarışı olmayan mənzil və ya fərdi yaşayış evi alındıqda, ipoteka predmeti olaraq borcalana, yaxud üçüncü şəxsə məxsus digər mənzil və ya fərdi yaşayış evinin girov götürülməsi barədə ipoteka müqaviləsinin surəti

İpoteka predmentinin siğortalanmasının və siğorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:

Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti)

Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi

Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Bizə yazın:
Bankın müştərisiyəm
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 16.09.2019
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6995
  • 1.6935
  • 1.7050
  • 1.7030
  • EUR
  • 1.8618
  • 1.8543
  • 1.9032
  • 1.8997
  • GBP
  • 2.0837
  • 2.0773
  • 2.1641
  • 2.1591
  • RUB
  • 0.0261
  • 0.0260
  • 0.0271
  • 0.0270
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.