Daxili Komitələr
Risklərin İdarəedilməsi Komitəsi
Risklərin idarə edilməsi siyasətinin və metodologiyalarının hazırlanması və Müşahidə Şurasının təsdiqinə təqdim olunması;
Bankın biznesində olan bütün risklərin müəyyən olunması, qiymətləndirilməsi və sığortalanması qaydalarının hazırlanması və Müşahidə Şurasına təqdim olunması;
Risklərin və onlara nəzarət üsullarının müəyyənləşdirməsi və müvafiq xəritənin tərtib edilməsi.
Risk təhlükəsi olan sahələr üzrə limitlərin müəyyən edilməsi;
Bankın aktiv və öhdəlikləri üzrə vəsaitlərin bölüşdürülməsi.
Bankın vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə kreditləşdirmə və maliyyələşdirmə sxemlərinin təsdiq edilməsı.
● Sədr / Müşahidə Şurasının sədri
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş informasiya inzibatçısı
● Üzv / İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı
● Üzv / Əməliyyat Departamenti direktoru
● Səsvermə hüququ olmayan üzv / Audit Komitəsinin sədri
Mükafatlandırma Komitəsi
Bankın uzunmüddətli fəaliyyət nəticələrinə əsaslanan və strateji hədəflərə nail olmasına yönəldilmiş aşağıdakı vəzifələri əhatə edən mükafatlandırma siyasətinin müəyyənləşdirilməsi və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək:
İdarə Heyətinin üzvlərinə - bankın ümumi fəaliyyətinin nəticələrinə görə;
Struktur bölmələrin rəhbərlərinə və digər əməkdaşlara - onların gəlir gətirilməsinə yönəlmiş risk-əsaslı fəaliyyətlərinin nəticələrinə görə;
Risklərin idarə edilməsi və nəzarət funksiyasını həyata keçirən struktur bölmələrin rəhbərləri və əməkdaşlarına - nəzarətin həyata keçirilməsinin effektivliyinə görə.
Mükafatlandırma siyasətinin bankın mənafeyinə zidd olmamasının təmin edilməsi və bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli perspektivdə gəlir əldə edilməsinə yol verməməsi;
Mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı daxili prosedurların hazırlanması və bu prosedurların bankın risklərin idarə edilməsi qaydalarına uyğunluğunun təmin edilməsi;
Mükafatlandırma prosesinə nəzarətin həyata keçirilməsi, o cümlədən ən azı ildə bir dəfə Riskləri idarəetmə komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliliyinin qiymətləndirilməsi;
Mükafatlandırmanın həcmi barədə Müşahidə Şurasına təkliflərin verilməsi.
● Sədr / Müşahidə Şurasının sədri
● Üzv / Müşahidə Şurasının üzvü (Rifat Mahmudov)
● Üzv / İdarə Heyətinin sədri
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı
Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi
Müşahidə Şurası tərəfindən təsdiq edilmiş qaydalara əsasən maliyyələşdirmə, likvidlik və bazar risklərinin idarə edilməsini həyata keçirmək;
Likvidlik və xarici valyutanın idarə edilməsi ilə bağlı normativ sənədlərə riayət edilməsinin monitorinqini həyata keçirmək və təhlil etmək;
Aktiv və passivlərin səmərəli idarə edilməsini təmin etmək;
Aktivlərin az riskli sahələrə yönəldiliməsi ilə yüksək səmərəliliyini və gəlirliliyini təmin etmək;
Bankın likvidliyinin təmin edilməsi üzrə fəaliyyət göstərmək;
Bazarın konyukturasına uyğun olaraq, faizlərin dəyişdirilməsi üzrə təklifləri Müşahidə Şurasına təqdim etmək və onun daim təkmilləşdirilməsini təmin etmək;
Xəzinədarlığın səmərəli işləməsini təmin edən tədbirlər görmək.
● Sədr / İdarə Heyəti sədrinin birinci müavini
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş informasiya inzibatçısı
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı
● Üzv / Ödəniş kartları şöbəsinin rəisi
Kredit Komitəsi
Bankın kredit və investisiya sahəsindəki siyasətini müəyyənləşdirir və Müşahidə Şurasının təsdiqinə təqdim edir.
Kreditləşmənin daxili prosedurlarını gözdən keçirir və Müşahidə Şurasının təsdiqinə təqdim edir.
Kredit portfelini diversifikasiya edir, limitləri müəyyənləşdirir;
Kredit portfelinin keyfiyyətinə görə məsuliyyət daşıyır;
Müşahidə Şurasının müəyyən etdiyi limitlər çərçivəsində kreditlər üzrə qərarlar qəbul edir və onları rədd edir;
Öz limitindən yuxarı kreditlər üzrə sifarişlərə baxır və onlar barədə qərar qəbul etmək üçün Müşahidə Şurasına təqdimat verir;
Komitənin vəzifələrinə aid digər fəaliyyəti həyata keçirir.
● Sədr / İdarə Heyəti sədrinin birinci müavini
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş informasiya inzibatçısı
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / Kredit Departamentinin direktoru
● Üzv / Büdcə, hesabatlıq və maliyyə nəzarəti şöbəsinin rəisi
İnformasiya Texnologiyaları Komitəsi
Bank ümumi strategiyasına uyğun olaraq İT strategiyasını müəyyən edir və Müşahidə Şurasının təsdiqinə təqdim edir;
İT strategiyasına uyğun planlar hazırlayır;
Alınmalı olan İT məhsullarını planlaşdırır və həcmini müəyyən edir;
Gələcəkdə alınacaq proqram paketlərinin zəruriliyi, mahiyyəti və xərclərin təhlilini həyata keçirir və işə salınma grafikini müəyyən edir;
İstifadə olunacaq proqram, aparat vasitələri və kommunikasiyaların ümumi strukturunu hazırlayır;
Bankin struktur vahidləri tərəfindən hazirlanan İT üzrə funksional tələbləri təhlil edir və onların bankın biznes strategiyasına uyğunluğunu yoxlayır və onların yerinə yetirilməsi xərclərini nəzərə almaqla effektivliyini qiymətləndirir;
İT təhlükəsizliyi üzrə ümumi siyasəti hazırlayır;
İT üzrə procedurların hazırlanmasını təmin edir;
İT üzrə bütün cari işlərə və onun üçün ayrılmış büdcənin yerinə yetirilməsinə nəzarət edir;
Bankda İT işinin daim təkmilləşdirilməsi üzrə təklifləri araşdırır;
İT rəhbərliyinin dəyişdirilməsi metodlarını müəyyən edir;
Öz səlahiyyəti daxilində digər vəzifələri həyata keçirir.
● Sədr / İdarə Heyətinin sədr müavini, Baş informasiya inzibatçısı
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / İnformasiya Texnologiyaları şöbəsində rəisi
Maliyyə Xidmətləri İstehlakçılarının Şikayətlərinə Baxılması üzrə İşçi Qrupu
Struktur bölmə istehlakçıların yazılı və şifahi şəkildə ərizə ilə müraciət etmək və bu kimi hüquqların həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin edir;
İstehlakçıların müraciətlərinin araşdırılması məqsədilə struktur bölmə, digər aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsinin aparır;
Struktur bölmənin rəhbəri istehlakçıların müraciətlərinin araşdırılması üçün yetərli səlahiyyətlərə malikdir.
● Sədr / Müşahidə Şurasının sədri
● Üzv / İdarə Heyəti sədrinin birinci müavini
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş informasiya inzibatçısı
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / İnzibati-Təşkilati Departamentinin direktoru
Strateji Plan Qrupu
Bankın Biznes Planının hazırlanmasına və icra edilməsinə öz səlahiyyəti daxilində nəzarət edir,Bankın büdcəsinin Biznes Planda müəyyən olunmuş hədəflərə uyğun tərtib olunması və effektiv icrasına dair Müşahidə Şurasına rəy və təkliflər verir.
● Sədr / İdarə Heyətinin sədri
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş informasiya inzibatçısı
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı
● Üzv / Kredit Departamentinin direktoru
İnsan Resurslarının İdarəedilməsi Komissiyası
İRİE siyasətini, proseduralarını və sistemlərini hazırlayır və İdarə Heyətinin təsdiqinə təqdim edir;
İnsan resurslarının sosial vəziyyəti, iş yükləri, iş şəraitinin yaxşılaşdırılması üzrə İdarə Heyətinə təkliflər verir;
İRİE sistemlərinin tətbiqi üzərində monitorinq keçirir;
Etik Davranış Qaydalarını hazırlayır və təsdiq üçün İdarə Heyətinə təqdim edir;
İRİE sahəsində, habelə komanda daxili problem və münaqişələrə baxır;
İşəqəbul üzrə müsahibələri aparır;
Əməyinin qiymətləndirilməsinin nəticəsindən narazı olan işçilərin müraciətlərini araşdırır və qərar qəbul edir;
İRİE sahəsinə aid digər bütün işləri görür.
● Sədr / İdarə Heyətinin sədri
● Üzv / İdarə Heyəti sədrinin birinci müavini
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş informasiya inzibatçısı
● Üzv / İdarə Heyətinin sədr müavini, Baş risk inzibatçısı
● Üzv / İnzibati-Təşkilati Departamentinin direktoru
● Üzv / Bakı filialının müdiri
● Üzv / Bakı şöbəsinin müdiri