17.02.2022
Gənclərin bank və sığorta sahəsində bilik və bacarıqlara yiyələnməsi və yeni nəsil arasında maliyyə savadlılığının artırılması məqsədilə Naxçıvanbank, Naxçıvansığorta və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Həvəskar Maliyyəçilər Marafonu” adlı müsabiqə xarakterli təlim keçirilmişdir
Tədbirdə əməkdaşlarımız “Rəqəmsal dünyada bankçılıq”, “Rəqəmsal bank sistemində müştərilərlə ünsiyyət və satış” və “Sığortanın mahiyyəti” mövzusunda təlim keçmiş, sonda tələbələr arasında kiçik müsabiqə keçirmişdir. Müsabiqədə aktiv iştirak edən tələbələr diplomla təltif olunmuş, həmçinin yaxın günlərdə Naxçıvanbank və Naxçıvansığorta ASC-də bir günlük iş prosesi ilə yaxından tanış olmaq üçün ekskursiyada iştirak haqqı qazanmışdır.