Biznesi idarə etmək üçün banka deyil, İnternet Banka daxil olmaq kifayətdir!
Fərdi sahibkarsınızsa İnternet Bank xidmətinə qoşulun, banka gəlmədən 24/7 onlayn bank xidmətlərindən faydalanın. Naxçıvanbank internetin olduğu hər yeri sizin üçün bir bank filialı edir. Belə ki, müştərilər günün istənilən vaxtı filiala getmədən aşağıdakı bank əməliyyatlarını həyata keçirə bilər:
Milli və xarici valyutada ödənişlər
Konvertasiya əməliyyatları
Ödəniş şablonlarının yaradılma imkanı
YUL (bank kodları, SWIFT, RF bankları, VO kodları) ödənişlərinin yaradılması üçün geniş çeşidli məlumat kitabçaları dəsti
Cari müştəri hesabları (balans, status, rekvizitlər) haqqında məlumat
Hesablardan çıxarışların alınması
Müştəri kartları haqqında məlumat
Kredit məlumatları
Depozit məlumatları
Valyuta məzənnələri haqqında məlumat
Cari və kart hesablarının idarə edilməsi
Təşkilatın səlahiyyətli şəxslərinə (Mühasib, Direktor, Audit və s.) rola görə girişin təmin edilməsi;
Elektron imza vasitələrinə inteqrasiya (ASAN İmza)
Müxtəlif elektron sənədlər yaratmaq imkanı (kart, kredit üzrə müraciətlər)
Hökumət orqanlarından daxil olan sərəncamların idarə edilməsi
İnternet bank xidmətinə qoşulmaq üçün bankın müvafiq xidmət nöqtəsinə müraciət edilməlidir. Müraciət əsasında müvafiq sənədlər imzalandıqdan sonra xidmət aktivləşdirilir və xidmətdən istifadə üçün müştəriyə SMS vasitəsilə istifadəçi adı və şifrə göndərilir. Qeyd edək ki, xidmət tamamilə ödənişsizdir.