Naxçıvanbank müasir texnologiyalar əsasında müştərilərinə İnternet Bank xidmətini təqdim edir. Belə ki, müştərilər artıq banka gəlmədən bir sıra bank xidmətlərini kompüter və ya mobil telefon vasitəsilə internet üzərindən həyata keçirə bilər. Bunun üçün bankın rəsmi internet səhifəsində yerləşdirilmiş "İnternet Bank" bölməsinə daxil olmaq kifayətdir.
İnternet bank xidmətinə qoşulmaq üçün müştəri şəxsiyyət vəsiqəsi ilə birlikdə bankın müvafiq xidmət nöqtəsinə müraciət etməlidir. Müraciət əsasında müvafiq sənədlər imzalandıqdan sonra xidmət aktivləşdirilir və xidmətdən istifadə üçün müştəriyə SMS vasitəsilə istifadəçi adı və şifrə göndərilir. Qeyd edək ki, xidmət tamamilə ödənişsizdir.
Elə indi sən də qoşul, İnternet Bankın üstünlüklərindən faydalan!
Ətraflı: 1185 Məlumat Mərkəzi