12.04.2019
Naxçıvanbank istehlak kreditlərinin şərtlərini asanlaşdırdı!
Müştərilərin maliyyə ehtiyacları və aylıq xərclərini düşünən Naxçıvanbank istehlak krediti məhsulu üzrə maksimal müddəti 36 ayadək artırdı.
Beləliklə, nağd pul krediti götürərkən 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə öz büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişinin məbləğini minimuma endirməyə imkan verəcək
Müştərilər Bankın Baş ofis və filiallarına müraciət edərək və ya Onlayn kredit formunu dolduraraq kredit müraciəti edə bilər.
Ətraflı məlumat: 1185