Kart yoxsa Nağd pul?
Hörmətli izləyicilər, gündəlik həyatımızda daha çox nağd vəsaitlərdən istifadəyə üstünlük versək də, günün tələbi ödəniş kartlarından istifadə etməkdir. Bu səbəbdən, bank kartlarının bizə təqdim etdiyi imkanlar və üstünlüklər barədə Sizlərə maraqlı, eyni zamanda maarifləndirici bir yazı təqdim edirik.
Ödəniş kartlarının üstünlükləri:
Ölkə daxilində və dünyanın istənilən nöqtəsində POS-Terminal üzərindən ödənişlərin həyata keçirilməsi ;
POS-Terminal və digər ödəniş terminalları vasitəsilə 100 AZN-dək məbləğdə təmassız ödənişlərin həyata keçirilməsi ;
Milli elektron ödəniş sistemləri vasitəsilə evdən və ya iş yerindən ayrılmadan kommunal, mobil, internet və digər dövlət ödənişlərin internet üzərindən yerinə yetirilməsi ;
Avia biletlərin, onlayn alış-veriş, əyləncə məhsul və xidmətlərinin internet üzərindən alışının həyata keçirilməsi ;
Konvertasiya əməliyyatları zamanı əməliyyatların istənilən valyutada həyata keçirilməsi ;
Hesabda pul olmadıqda, tez bir zamanda Naxçıvanbank terminalları və xidmət nöqtələri vasitəsilə hesabın artırılması ;
Ölkə daxilində və dünyanın istənilən nöqtəsində nağdlaşdırma imkanı ;
Bank və digər kommersiya təşkilatları tərəfindən təşkil edilən lotoreya aksiyalarında iştirak və hədiyə qazanmaq şansı ;
“SMS Xəbərdarlıq” və “3D təhlükəsizlik” xidmətlərindən istifadə etməklə pul itgisinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi ;
Ödəniş kartının itməsi və ya oğurlanması zamanı Bank və ya Müştəri Xidmətlərinin vaxtında məlumatlandırılması ilə kənar şəxslərin hesabdakı vəsaitdən istifadəsinin qarşısının alınması ;
İstifadə edilməyən pul vəsaitinin daha etibarlı şəkildə saxlanılması ;
Xarici ölkələrə səfər zamanı nağd pul vəsaitinin bəyan edilməsinə ehtiyac olmaması ;
Kağız pulların sayının azalması ilə ölkədə cinayətkarlıq hallarının sayının azalması, həmçinin ekotəhlükəsizliyin təmin edilməsi.
Müasir bir cəmiyyət, rahat və təhlükəsiz ödənişlər üçün bank kartlarından istifadəyə üstünlük verək!