Xəbərlər

BANK HAQQINDA

Kartınızın təhlükəsizliyi Sizdən asılıdır!

16.04.2021

Bank kartlarının təhlükəsizliyini təmin etmək müasir texnologiya dövrünün vacib məsələlərindən biri hesab olunur. 

Hörmətli izləyicilər, bu dəfə kartınızın təhlükəsizliyini təmin etmək üçün diqqət etməli olduğunuz əsas məqamlar barədə sizi məlumatlandıracağıq. Aşağıda qeyd edəcəyimiz bir neçə nüansa riayət edərək, məlumat və pul itgisinin, eləcə də mümkün yarana biləcək problemlərin qarşısını ala bilərsiniz. Tövsiyə edirik ki: 

- Kartın PİN kodunu heç bir halda kartın ön və ya arxa üzündə qeyd etməyin; 

- Kartın şəklini sosial media hesabları üzərindən paylaşmayın, həmçinin bu məlumatı istəyən heçkimə göndərməyin ; 

- Kartın arxa üzündə qeyd edilən CVV2 / CVC2 kodunu heçkimə bildirməyin. Unutmayın ki, bu kod vasitəsilə kartınızdan icazəniz olmadan onlayn əməliyyatlar aparmaq mümkündür ; 

- Kartınızı itirdikdə və ya kartınızda məlumatınız olmadan şübhəli əməliyyatlar aparıldıqda dərhal bankımızın 1185 Məlumat Mərkəzi ilə və ya Millikart Prosessinq Mərkəzinin 012 431 2202 Müştəri Xidmətləri ilə əlaqə saxlayaraq kartınızı bloklayın ; 

- Şübhəli saytlar üzərində əməliyyat aparmaq üçün kart məlumatlarınızı daxil etməyin ; 

- Kartınızın təhlükəsizliyini təmin etmək üçün 3D Secure xidmətini aktivləşdirin, və mobil nömrənizə gələn 3D təhlükəsizlik kodunu kənar şəxslərlə paylaşmayın. 

Diqqətiniz üçün təşəkkür edirik! 


Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.