Cari Hesabın Açılması

KORPORATİV BANKÇILIQ / Hesablaşma-Kassa Xidmətləri

Cari Hesabın Açılması

Hesablar aşağıdakı valyutalarda açıla bilər:

● AZN - Azərbaycan manatı
● USD - ABŞ dolları
● EUR - Avro
● RUR - Rusiya rublu
● TRY - Türk lirası

Cari hesabı açmaq üçün zəruri olan sənədlər:

● Ərizə
● Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
● Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydasında təsdiq edilmiş surəti
● Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (qeyri-kommersiya hüquqi şəxslər üçün)
● İmza və möhür nümunələri vərəqəsi

Dövlət orqanları tərəfindən təqdim olunan sənədlər:

● Ərizə
● Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu
● Dövlət orqanının nizamnaməsinin (əsasnaməsinin) müvafiq aktla təsdiq olunduğuna dair sənəd
● Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
● İmza və möhür nümunələri vərəqəsi

Bələdiyyələr:

● Ərizə
● Bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni
● Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
● İmza və möhür nümunələri vərəqəsi

Fərdi sahibkarlar:

● Ərizə
● Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd
● İmza nümunələri vərəqəsi

Hüquqi şəxslərin filial və nümayəndəlikləri:

● Ərizə
● Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notarial qaydasında təsdiq olunmuş surəti
● Filialın, nümayəndəliyin hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin əsli və ya notarial qaydasında təsdiq edilmiş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən 
● qurumlar əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənədi təqdim edir)
● Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (qeyri-kommersiya hüquqi şəxslərin filialları və nümayəndəlikləri üçün)
● İmza və möhür nümunələri vərəqəsi

Həmkarlar ittifaqının ilk təşkilatı:

● Ərizə
● Həmkarlar ittifaqı ilk təşkilatının yaradılması haqqında üzv olduğu həmkarlar ittifaqı birliyi tərəfindən təsdiq olunmuş qərar və ya qərardan çıxarış
● Üzv olduğu həmkarlar ittifaqı birliyinin notarial qaydasında təsdiq olunmuş nizamnaməsi
● İmza və möhür nümunələri vərəqəsi

Ailə kəndli təsərrüfatı:

● Ərizə
● Müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin notarial qaydasında təsdiq edilmiş surəti
● Ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır)
● AR Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
● İmza nümunəsi vərəqəsi

Rəsmi nümayəndəliklər:

● Ərizə
● Xarici diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydada təsdiq edilmiş surəti)
● İmza və möhür nümunələri vərəqəsi
● Tariflər
● Hüquqi şəxslərə cari bank hesabının açılması – 10 manat
● Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə cari bank hesabının açılması – 5 manat

Tariflər

Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.