Ekvayrinq (POS-terminal) xidmətləri
Ticarət-xidmət şəbəkəsinin öz rəqabət qabiliyyətini artırmaq istəyən müəssisələri əməkdaşlığa dəvət edirik. Ödəniş kartlarının qəbulu üzrə bizim tərəfdaşımız olaraq siz, yeni müştərilər – plastik kart sahiblərini cəlb edə, satışların həcmini artıra, kredit və digər bank məhsullarından istifadə edə bilərsiniz.
Naxçıvanbank ticarət və xidmət müəssisələrinə nağdsız ödənişlərin qəbulu üçün POS-terminal xidmətini təqdim edir.
Bu xidmətin üstünlükləri
● Nağdsız ödənişlər vasitəsi ilə dövriyyə həcminin artırılması
● Kartla ödənişlərin stimullaşdırılması
● Nağd vəsasitlər qəbulu, hesablaşma yükünün,daşınma və nağd vəsaitlərlə bağlı digər risklərin azaldıması
● Saxta və tədavülə yarasız əskinasların qəbulu riskinin azalması
Xidmət haqqı
● POS-terminalın quraşdırılması – Pulsuz
● POS-terminalın quraşdırılması üçün sığorta depozitinin məbləği – Yoxdur
● Hər bir POS-terminal üzrə aylıq xidmət haqqı – 10 manat
Kart qəbulu üzrə xidmət haqqları
● Naxçıvanbank tərəfindən emissiya edilən kartlar üzrə POS-terminallarda aparılan əməliyyatlara görə dövriyyənin 2%-i
● Digər bankların kartları ilə POS-terminallarda aparılan əməliyyatlara görə dövriyyənin 3%-i