Hesab üzrə sənədlərin verilməsi
Hesablaşma-kassa xidmətləri çərçivəsində hesablar üzrə vəsaitlərin qalığı və hərəkəti barədə müştərinin istəyinə əsasən çıxarış, məktub və digər təsdiqedici sənədlər təqdim edilir.
Cari hesab sahibi hüquqi şəxs olduğu halda, hesab barədə məlumat almaq və ya hər hansı bir əməliyyat aparmaq üçün Banka yalnız səlahiyyətli şəxs (və ya şəxslər) müraciət edə bilər.
Cari hesab sahibi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda, hesab barədə məlumat almaq və ya hər hansı bir əməliyyat aparmaq üçün Banka yalnız özü və ya notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında digər şəxs (və ya şəxslər) müraciət edə bilər.