SAHİBKARLIĞIN İNKİŞAFI FONDU HESABINA KREDİTLƏR
Naxçıvanbank dövlət proqramı çərçivəsində Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edərək müştərilərə Naxçıvan MR-da fondun vəsaiti hesabına güzəştli şərtlərlə kreditlər təklif edir.
Fondun vəsaitlərindən istifadə imkanları:
Aqroparkların yaradılması, ətli və südlük istiqamətli iri buynuzlu heyvandalıq komplekslərinin yaradılması, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması, qarışıq yem istehsalı müəssisələrinin yaradılması və.s.
Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti, bu sahədə qanunvericilik, fondun vəsaitlərinin istifadə istiqamətləri və digər məlumatlarla in.nakhchivan.az və edf.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Əlavə məlumat üçün bankın filiallarına yaxınlaşa bilər və ya 1185 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.