Xəbərlər

BANK HAQQINDA

KREDİT ÖDƏNİŞLƏRİNİ TERMİNALLARDAN ÖDƏMƏK İMKANI!

06.07.2020

Müştərilərimizin rahatlığını nəzərə alaraq, imkanları daha da genişləndiririk. Belə ki, artıq kredit müştərilərimiz günün istənilən vaxtı banka gəlmədən öz kredit ödənişlərini Naxçıvanbank ödəniş terminalları vasitəsilə həyata keçirə biləcək. Bunun üçün bankın təqdim etdiyi müştəri qeydiyyat nömrəsi lazım olacaqdır.

Kredit ödənişlərini Ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə Banka yaxınlaşaraq “Müştəri kodu”-nu almalıdırlar. Ödəmə terminalları vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi aşağıdakı kimidir:

  • Terminal ekranından “Naxçıvanbank xidmətləri” bölməsi seçilir ;

  • Növbəti açılan pəncərədən “Kredit ödənişi” seçilir ;

  • Daha sonra Bank tərəfindən təqdim edilən “Müştəri kodu” və şəxsiyyət vəsiqəsinin FİN kodu daxil edilir ;

  • Məlumatlar düzgün daxil edildikdən sonra müştərinin fərdi məlumatları və kredit hesabı üzrə qalıq məbləği ekranda göstərilir ;

  • Məlumatların düzgünlüyünə əmin olduqdan sonra ödəniləcək məbləğ terminala daxil edilir. Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur.

Qeyd edək ki, terminal vasitəsilə kredit ödənişi üçün xidmət haqqı tutulmur. Ödənişlər real vaxt rejimində həyata keçirilir. İş saatlarından kənar, istirahət və bayram günləri edilən ödənişlərin silinməsi növbəti iş günü həyata keçirilir.

Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.