Naxçıvanbankın yeni Mastercard Debit kartları ilə ölkədaxili bütün ATM-lərdə faizsiz nağdlaşdırma imkanı var!
Sözügedən kartlar "Əmək haqqı və təqaüd" layihələri üçün nəzərdə tutulmuşdur. Özəl və dövlət müəssisələri, o cümlədən tədris müəssisələri layihəyə qoşulmaqla bu imkandan yararlana bilər.
Qeyd edək ki, hazırda əməkdaşlıq etdiyimiz müəssisələrin əməkdaşları, təqaüdçülər və universitet tələbələri əmək haqqı və təqaüd kartları istifadəyə yararsız halda olduqda, kartın istifadə müddəti bitdikdə, kart və ya kartın PİN kodu itirildikdə yeni kart sifarişi ilə bağlı kartın aid olduğu müəssisəyə məlumat verməlidir. Kart sifarişi yalnız müəssisələr tərəfindən qəbul edilir.
Ətraflı: 1185 Məlumat Mərkəzi