Xəbərlər

BANK HAQQINDA

Gənclər Fondu ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzaladıq!

25.02.2022

Naxçıvanbank və Naxçıvan MR Gənclər Fondu arasında gənclərin bank sektoru ilə yaxından tanışlığı, onların sosial aktivliyinin artırılması və öz vaxtlarının səmərəli dəyərləndirilməsi, rəqəmsal bilik və bacarıqlara yiyələnməsi, təqaüd proqramı üzrə birgə tədbirlərin keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Tədbirdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov çıxış edərək bildirib ki, “Naxçıvanbank” ASC Azərbaycan Respublikasının ilk regional bankıdır. Bank əhaliyə, sahibkarlıq subyektlərinə universal bank və maliyyə xidmətini kompleks şəkildə göstərməkdədir. 2021-ci ilin sonuna qədər, ümumilikdə, 344 milyon aktiv, 141 milyon kredit portfeli, 47 mindən artıq plastik kartla fəaliyyət davam etdirilib. Bank gənclərlə iş sahəsində də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. Belə ki, ötən illər ərzində fəal gənclərin iştirakı ilə bir sıra layihələr və təlimlər uğurla reallaşdırılıb. Gənclər Fondu ilə imzalanan yeni memorandum gənclərin bankçılıqla yaxından tanışlığı, onların rəqəmsal bilik və bacarıqlarının artırılması, intellektual düşünmə qabiliyyətlərinin stimullaşdırılması, istedadlı gənclərin üzə çıxarılması, vaxtlarının səmərəli dəyərləndirilməsi, sosial aktivliyinin artırılması və təqaüd proqramı üzrə birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Tədbir diskussiya şəklində davam edib, memorandum imzalayan tərəflər arasında qarşılıqlı şəkildə qiymətli hədiyyələr təqdim olunub.

Bu münasibətlə tərəfləri təbrik edir, əməkdaşlığın uğurlu olmasını diləyirik!

Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.