02.05.2019
Meyvəçilik təsərrüfatının inkişafında bir addım daha!
Hər zaman kənd təsərrüfatının və istehsalın inkişafına dəstək olan Naxçıvanbank bu dəfə Meyvəçilik fəaliyyəti ilə məşğul olan şəxslər üçün kənd təsərrüfatı kreditlərinin müddətini 36 ayadək, güzəşt müddətini isə 12 ayadək artırdı. Artıq müraciət edən hərkəs yalnız faiz borcunu ödəməklə əsas borcun ödənişi üzrə 12 ay güzəşt müddətindən yararlana bilər.
Müştərilər Bankın Baş ofis və filiallarına müraciət edərək və ya 1185 Məlumat Mərkəzinə zəng edərək ətraflı məlumat əldə edə bilər.