Mükafatlandırma Siyasəti
Mükafatlandırma siyasətinin əsas prinsipləri.
Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin əsas komponentlərindən birini təşkil edir və aşağıdakı məqsədlərə nail olmağa xidmət edir:
● Bankın əmək bazarında rəqabət qabiliyyətliliyinin artırılmasına;
● Bankın riskyönümlü biznes fəaliyyətinə uyğunluğunun təmin edilməsinə;
● İşçilərinin əmək fəaliyyəti zamanı səmərəliliyinin artırılmasına;
● İşçilər arasında ruh yüksəkliyinin artırılmasına;
● Risklərin və insan resurslarının idarə edilməsi sistemlərinin təkmilləşdirilməsinə.