“Nağdsız ödəyin, hədiyyə qazanın” tədbirinin qalibləri müəyyənləşdirilib!
Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on altıncı tirajının qalibləri müəyyənləşib. 2021-ci ilin ikinci yarımilində daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə 431 şəxs 25 min manat dəyərində hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirdə bildirilib ki, 2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’ın icrası istiqamətində ötən il ərzində nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatlarının sayı 770-i Naxçıvan şəhərində, 741-i isə rayon və kənd mərkəzlərində olmaqla muxtar respublika üzrə 01 yanvar 2022-ci il tarixə 1511 ədədə çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir.
Tədbirdə Naxçıvan Naxçıvanbank İdarə Heyətinin sədr müavini Rafiq Xəlilov, Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Emin Quliyev iştirak edib. R.Xəlilov hədiyyə qazananları təbrik edərək bildirib ki, Naxçıvanbank tərəfindən Naxçıvanbankın plastik kartlarından istifadə edən vətəndaşlar üçün nağdsız ödənişlərin aparılmasına ictimai marağın daha da artırılması, rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə geniş əhali təbəqəsini əhatə edən stimullaşdırıcı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirin sonunda Naxçıvanbankın plastik kartlarından istifadə edərək hədiyyə qazananlara bank tərəfindən müxtəlif xatirə hədiyyələri təqdim olunub.
Əhali arasında nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə yaxın zamanda bankımız tərəfindən də yeniliklər gözlənilir. Yeniliklərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyə davam edin!