20.03.2022
Naxçıvanbank "Nağdsız ödəniş qazandırır" kampaniyasına start verir!
20 Martdan 20 May tarixinədək davam edəcək kampaniyada istənilən Naxçıvanbank kartı ilə minimum 20 manat nağdsız ödəniş et, bir-birindən dəyərli hədiyyələrin sahibi ol!
Qeydiyyatdan keçmək üçün linkə daxil ol, şəxsi məlumatları, kartın son 4 rəqəmini və qəbzin şəklini linkə əlavə olunmuş forma göndər və kampaniyada iştirak etmək haqqı qazan.
Hədiyyələrimiz isə:
- Partnyor mağazalarda 10 ədəd 500 AZN dəyərində alış-veriş kuponu
- Sponsor mağazada 10 ədəd 100 AZN dəyərində alış-veriş kuponu
- 5 ədəd Naxçıvanbank Premium kartı və kart hesabında 100 AZN vəsait
- İstirahət mərkəzində 5 ədəd 1 günlük istirahət kuponu
- Kafe və restoranlarda 5 ədəd 50 AZN dəyərində yemək kuponu
- Müxtəlif məişət və elektronika əşyaları
Qaliblər sonda xüsusi proqram vasitəsilə təsadüfi yolla seçiləcək. Hər 20 manatlıq ödəniş isə qalib olmaq şansınızı daha da artıracaq.
Nağdsız ödə, kampaniyada iştirak et və hədiyyə qazan!