Naxçıvanbank ASC-yə məxsus Ödəniş Terminalları Naxçıvan MR-də 2018-ci ilin əvvəlindən istifadəyə verildi.
Banka məxsus Ödəniş terminalları vasitəsilə siz kommunal xidmət, mobil operator, internet, kabel televiziyası, bank, sığorta və s. ödənişləri etibarlı, sürətli və rahat şəkildə həyata keçirə bilərsiniz.
Naxçıvanbak ASC ödəniş terminallarını istifadəyə verməklə vaxtına qənaət edən ödəyicilər üçün etibarlı vasitə təqdim edir. Gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur və siz bankın 24/7 işləyən ödəniş terminallarından müxtəlif xidmətlərin haqqlarını ödəyə bilərsiniz. Bu xidmətin istifadəçilərindən xidmət haqqı tutulmur. Əməliyyat uğurla aparıldıqdan sonra ödəniş haqqında məlumatlar çap edilir.
Ödənişlər ilə əlaqədar sual yaranarsa, “1185” müştəri xidmətlərinə və ya 036-550-8348 nömrəsinə müraciət edə bilərsiniz.