Xəbərlər

BANK HAQQINDA

"Naxçıvanbank" Bakı filialı artıq yeni ünvanda xidmətinizdə!

10.07.2019

10.07.2019 tarixində Ağ Şəhər, 1-ci Fəvvarələr küçəsi  ünvanında "Naxçıvanbank"-ın Bakı filialının yeni ünvanda açılış mərasimi keçirilmişdir. Filialın rəsmi açılış mərasimində "Naxçıvanbank"-ın İdarə Heyətinin sədr müavini İsa İsayev, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin sədri Bəxtiyar Əsgərov, həmçinin bankın tərəfdaşları və daimi müştəriləri də iştirak ediblər.

"Naxçıvanbank"-ın Bakı filialının daha geniş və müasir interyeri ilə seçilən yeni ünvanında vətəndaşların rahatlığı üçün bütün məqamlar nəzərə alınıb. Müştərilərin bank xidmətlərindən rahat istifadə etmələri məqsədi ilə filialda sensor ekranla təchiz edilmiş elektron növbəlilik aparatı və növbə haqqında məlumatların əks edildiyi monitorlar quraşdırılıb. Filialda müştərilərə korporativ bank xidmətləri, həmçinin hesablaşma-kassa əməliyyatları, plastik kartların sifarişi, kredit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla, geniş çeşidli bank məhsul və xidmətləri göstərilir.

Qeyd edək ki, "Naxçıvabank" Bakı filialının yeni ünvanı artıq Ağ Şəhər, 1-ci Fəvvarələr küçəsi, Reges Park yaşayış binasının 1-ci mərtəbəsində yerləşir.


Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.