10.12.2021
Naxçıvanbankın Ödəniş kartları şöbəsinin rəhbəri Səbuhi Xəlilov və Bakı filialının müdiri Vəli Əliyev 8-9 Dekabr tarixlərində baş tutan, bankçılıq sektoru üzrə ölkədə ən vacib tədbirlərdən biri olan “V Beynəlxalq Bankçılıq Forumu”nda iştirak edib. Forum Azərbaycan Respublikası Mərkəzi Bankı, İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” adı altında təşkil edilib və dünyada bank sektoru üzrə innovativ texnologiyalar və trendlər təqdim edilib.
Naxçıvanbank olaraq, biz də yeni və gələcək trendləri izləyərək müasir bankçılıq həlləri və bank məhsullarını müştərilərimizə təqdim etmək niyyətindəyik! Həyata keçirmək istədiyimiz çoxlu ideyalar var, odur ki, bizi izləyin ki, yeniliklərdən anında məlumatınız olsun.