Əhalinin daha rahat, müasir və sərfəli şəkildə bank xidmətlərindən yararlanması üçün daim öz xidmət şəbəkəsini genişləndirən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 6 Sentyabr tarixində yeni Şahbuz filialının açılış mərasimini həyata keçirmişdir.
Müasir bankçılıq sisteminin tələblərinə uyğun ən yeni texnologiyalarla təmin olunmuş filialda müxtəlif müştəri qruplarına uyğun bir sıra korporativ və fərdi bank xidmətləri təklif olunur. Müştərilər əsasən banka məxsus ödəmə terminallarından dövlət və sosial ödənişləri, kredit və sığorta ödənişlərini, kart balansının artırılması, eləcə də təhsil haqqı ödənişlərini həyata keçirə bilərlər. Eyni zamanda, bank sahibkarlar və təsərrüfat sahibləri üçün Biznes və Kənd təsərrüfatı kreditləri, ailə biznesinə dəstək olmaq üçün son dövrlərdə təqdim olunan Ailə təsərrüfatı kreditləri, və rəsmi gəlir əsasında təklif olunan İstehlak kreditləri və Kredit kartlarını təqdim edir. Müştərilər gün ərzində 1185 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, həmçinin filiala yaxınlaşaraq kredit şərtləri barədə ətraflı məlumat əldə edə və yerindəcə müraciət edə bilər.
Bizi seçdiyiniz üçün təşəkkür edir, Sizlərə xidmət etməkdən qürur duyuruq!