Əziz müştərilərimiz, Naxçıvanbank "Şərur" filialını Sizin rahatlığınız üçün yenilədik!
02.07.2020 tarixində yeni dizaynda və müasir bank konseptində hazırlanmış “Şərur” fililalının inzibati binasının açılış mərasimi keçirilmişdir. Filialın rəsmi açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, o cümlədən Naxçıvanbankın İdarə Heyətinin sədri Azər Məmmədov iştirak etmişdir.
Açılış mərasimindən sonra, filial müştərilərimizin xidmətinə verilmişdir. Filialda müştərilərə korporativ bank xidmətləri, həmçinin hesablaşma-kassa əməliyyatları, plastik kartların sifarişi, kredit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla, geniş çeşidli bank məhsul və xidmətləri göstərilir. Filial Bazar ertəsi- Cümə günü saat 9:00-16:00-dək fəaliyyət göstərəcəkdir.
Bizi seçdiyiniz üçün təşəkkür edir, Sizlərə xidmət etməkdən qürur duyuruq!