Xəbərlər

BANK HAQQINDA

Naxçıvanbankdan Türkiyəyə Dəstək

16.02.2023

“Naxçıvanbank” ASC qardaş Türkiyə Respublikasında baş verən zəlzələ hadisəsindən zərərçəkənlərə humanitar yardım məqsədilə AFAD fonduna 50 000 AZN ianə edib. Qeyd edək ki, hadisənin ilk günündən bankın əməkdaşları tərəfindən fərdi şəkildə zərərçəkənlər üçün ianə köçürmələri və yardımlar həyata keçirilib. Əlavə olaraq Naxçıvanbankın kollektivi adından növbəti dəfə 500-dən çox ailənin ehtiyacını qarşılayacaq yardım qutuları hazırlanaraq Türkiyəyə yola salınmışdır.

Həmçinin Naxçıvanbank müştərilər tərəfindən Türkiyəyə edilən ianə köçürmələri üzrə komissiyanı da ləğv etmişdir. Bank üzərindən hər kəs Türkiyəyə ianə köçürmələrini ƏDV-siz, komissiyasız və sürətli şəkildə həyata keçirə bilər.

Naxçıvanbank hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirir, faciədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyir.

Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 12.07.2024
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7025
  • 1.7025
  • EUR
  • 1.8260
  • 1.8240
  • 1.8675
  • 1.8696
  • GBP
  • 2.1489
  • 2.1467
  • 2.2389
  • 2.2339
  • RUB
  • 0.0149
  • 0.0148
  • 0.0217
  • 0.0216
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.