Ödəniş Terminalları
Bankın ödənİş termİnalları
Naxçıvanbak ASC-nin ödəniş terminalları artıq sizin xidmətinizdədir. Naxçıvanbak ASC-yə məxsus ödəniş terminalları vasitəsilə siz kommunal xidmət, mobil operator, internet, kabel televiziyası, bank, sığorta və s. ödənişləri etibarlı, sürətli və rahat şəkildə həyata keçirə bilərsiniz.
Naxçıvanbak ASC ödəniş terminallarını istifadəyə verməklə vaxtına qənaət edən ödəyicilər üçün etibarlı vasitə təqdim edir. Gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur və siz bankın 24/7 işləyən ödəniş terminallarından müxtəlif xidmətlərin haqqlarını ödəyə bilərsiniz.
Ödənişlər üçün istifadəçilərdən komissiya tutulmur. Ödəniş uğurla aparıldıqdan sonra ödəniş haqqında məlumatlar çap edilir.
Ödənişlər ilə əlaqədar sual yaranarsa, “1185” müştəri xidmətlərinə müraciət edə bilərsiniz.