Mastercard Ödəniş kartları yeniləndi!
Yeni kart dizaynlarında ölkənin və bankın ideologiyasını təmsil edən milli faunamızın elementlərindən istifadəyə üstünlük verilmişdir. Dizaynda istifadə edilən Qafqaz bəbiri, Şahin, Canavar, Qarabağ atı və Ceyran kimi heyvan motivlərindən istifadə edilmişdir. Yeni konsepsiyalar əsasında hazırlanan kartların simvolik mənalarını təqdim edirik:
- Mastercard Platinum kartı üzərində əks etdirilən Qafqaz bəbiri təsviri seçilərkən Azərbaycanda, əsasən Naxçıvan ərazisində məskunlaşan Qafqaz bəbirindən ilham alınmışdır. Qafqaz bəbirinin təbiət etibarilə istənilən maneəni dəf edib uğura nail olma bacarığı bankın missiyası və hədəfləri ilə üst-üstə düşdüyü üçün, eyni zamanda, bəbir ikonu simvolik olaraq güc, iradə və uğuru təmsil etdiyi üçün premium kartlarımız olan Platinum kartların dizaynında bu təsvir ön plana çıxarılmışdır.
- Mastercard Gold kartı üzərində qeyd edilən Şahin (Falcon) təsviri Naxçıvanbank ideologiyasını və missiyasını təmsil etməklə bərabər, eyni zamanda uğur, qələbə və istənilən situasiyadan çıxa bilməyi ifadə etməkdədir. Digər tərəfdən Günəşi simvolizə edən Şahin təsviri Gold kartla birlikdə istifadə edilərkən xüsusi ahəng təşkil edir.
- Mastercard Debit kartı üzərində qeyd edilən Qarabağ atı təsviri Azərbaycan xalqının tarixi, mənəvi dəyərləri və faunasında əhəmiyyətli rolu olan, eyni zamanda bütün dünyada məşhur olan Qarabağ atları simvolik mənalar baxımından daha zəngindir. Bir çox hekayələrdə at hər zaman insanların vəfalı dostu olaraq qeyd edilmişdir ki, bu simvoldan istifadə edərək Naxçıvanbankın müştəri dostu olması bir daha vurğulanır. Həmçinin Qarabağ atlarının hərəkəti və dinamikanı simvolizə etməsi, bankın yeniliklərə açıq olduğunu, müştərilərə limitsiz xidmət göstərməsini və daimi aktivliyini ifadə etməkdədir.
- Mastercard Standart kartı üzərində əks etdirilən Canavar təsviri - Azərbaycan faunasının vacib atributlarından biri hesab edilən Canavar təbiət etibarilə ömrü boyunca bir yoldaşa sahib olur və bu da canavarlar arasında qarşılıqlı etibar və sədaqəti ifadə etməkdədir. Bütün bu nüanslar, bankın müştərisi ilə daim əlaqədə olmasını, qarşılıqlı güvən və etibar yaratmasını, sadiq müştəri əlaqələri qurmasını, digər tərəfdən isə, ciddiyəti və rəsmiliyi simvolizə etməkdədir. Əlavə olaraq, kart təsvirində seçilən mavi tonları ilə intellektuallıq, məsuliyyət və dürüstlük vurğusu möhkəmləndirilmişdir.
- Mastercard Standart kartı üzərində əks etdirilən Ceyran (Gazelli) təsviri Milli faunamızın özünəməxsus gözəlliyi, zərafəti və lütfkarlığı ilə seçilən Ceyran motivi təsvir edilmiş kartlar əsasən xanımlar üçün nəzərdə tutulmuşdur və konseptdəki digər dominant heyvan obrazlarını yumşaltmaq məqsədilə istifadə edilmişdir. Eyni zamanda, bankın lütfkarlıq, fərqli kredit siyasəti və şəraitə baxmadan müştəriyə onu məmnun edəcək keyfiyyətdə xidmət verməsini ifadə etməkdədir.
Kartlar artıq satışdadır, sifariş üçün linkə keçid edə bilərsiniz