Xəbərlər

BANK HAQQINDA

Tələbələrə özəl təhsil kartları!

19.01.2021

Hər zaman gənclərin təhsilinə önəm verən Naxçıvanbank bu sahədə yeni bir layihənin icrasına başlayıb və 14.01.2020 tarixində Naxçıvan Dövlət Universitetində təşkil olunan tədbirdə “Tələbə kartı” adlı yeni məhsulunu təqdim edib.

Yeni dizaynda və multi-funksional imkanlarla hazırlanmış kart məhsulu tələbələrin təhsil zamanı ehtiyac duyulan bank xidmətlərindən yüksək səviyyədə yararlanmasına imkan yaradır. Belə ki, yeni təhsil kartları vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricində istənilən nağd və ya nağdsız ödənişləri rahatlıqla həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə biletinin məlumatları, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, imtahan və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.

“Naxçıvanbank” ASC sözügedən layihəni “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, Mastercard beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib. Hazırda Naxçıvan Dövlət Universiteti ilə Bank arasında “Təhsil Kartı” layihəsinin tətbiqi üzrə müqavilə imzalanıb və tələbələrə kartların təqdim edilməsinə başlanılıb.

Kartın üstünlükləri və funksional imkanları:

-    Universitet, universitet kitabxanası, imtahan və oxu zallarına giriş üçün istifadə;

-    Ölkə daxilində və xaricində, həmçinin internet üzərindən nağd və nağdsız ödənişlərin aparılması;

-    Naxçıvanbank ödəmə terminallarından Cash-in xidməti vasitəsilə kart hesabına əlavə vəsaitin mədaxil edilməsi;

-    Gələcəkdə ölkədaxili nəqliyyat vasitələrində istifadə;

   Bankla tərəfdaş məkanlarda və ticarət obyektlərində tələbələr üçün xüsusi endirim kampaniyaları və cashback imkanı;

-    Ödəniş sistemi tərəfindən təklif olunan imtiyazlar;

-    Loyallıq və korporativ sosial məsuliyyət proqramları çərçivəsində bank tərəfindən təklif ediləcək xüsusi kampaniyalar.


Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.