Xəbərlər

BANK HAQQINDA

Korporativ müştərilərə Girovsuz Tender Zəmanəti!

26.07.2019

Naxçıvanbankdan Korporativ müştərilərə Girovsuz Tender Zəmanəti!

Tender Zəmanətinin üstünlükləri: 

- Tender zəmanəti olduqda, Müştəri (Alıcı) əvvəlcədən ödəniş etmək zərurətindən azad olur və nəticədə maliyyə vəsaitlərini daha səmərəli istifadə edə bilir;
- Alıcı yerli və beynəlxalq bazarda etibarlı tərəfdaş statusuna malik olur, müxtəlif əməkdaşlıq imkanlarından faydalanır və tərəfdaşlardan daha münasib şərtlər tələb edə bilir;
- Satıcı Alıcı tərəfdən ödənişin icra edilməməsi risklərindən özünü qorumuş olur, əvvəlcədən ödəniş tələb etmədən daha çevik satışı həyata keçirə bilir;
- Tender zəmanətinin təqdim edilməsi üçün az sayda sənəd tələb olunur, girov zərurəti olmur, nəticədə müştəri daha rahat və qısa vaxt ərzində zəmanət məktubunu əldə edir, xidmətə görə komissiyanın məbləği isə çox aşağı olur.

Artıq müraciət edən korporativ müştərilər qısa müddətdə heç bir təminat tələbi olmadan, yalnız dövriyyə əsasında Naxçıvanbankdan 20.000 Manatadək məbləğdə Girovsuz Tender zəmanətindən yararlana bilər. 

Müştərilər Bankın Baş ofis və filiallarına müraciət edərək və ya 1185 Məlumat Mərkəzinə zəng edərək ətraflı məlumat əldə edə bilər.

Kreditlər Plastik Kartlar Onlayn Ödənişlər
Valyuta Məzənnələri
  • AZN
  • Yenilənib: 30.11.2023
  • Valyuta
  • Kalkulyator
  • Azərbaycan Mərkəz Bankı
  • Alış
    • Nağd
    • Nağdsız
  • Satış
    • Nağd
    • Nağdsız
  • USD
  • 1.6910
  • 1.6970
  • 1.7005
  • 1.7025
  • EUR
  • 1.8429
  • 1.8409
  • 1.8848
  • 1.8869
  • GBP
  • 2.1140
  • 2.1118
  • 2.2025
  • 2.1975
  • RUB
  • 0.0148
  • 0.0147
  • 0.0215
  • 0.0214
Bəzi filiallar üzrə fərqli məzənnələr təyin edilə bilər.